reklam
» » Azərbaycanda müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub

reklam

Azərbaycanda müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərləniblər.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından - müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər - Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Xəstəxanadan “Report”a verilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiya iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Bir müəllim və 5 şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.



Paylaş:


Müəllif : Tarix:
20-11-2018, 16:19
  


loading...
Загрузка...