reklam
» » Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs HƏBS EDİLDİ - Azərbaycanda

reklam

Yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs HƏBS EDİLDİ - Azərbaycanda

Yetkinlik yaşına çatmayan qızla cinsi münasibətdə olmaqda təqsirləndirilən Elvin Rəhimovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.

Regionxeberleri.com-un Open.az-a istinadən məlumatına görə, E. Rəhimov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilib.

İş hakim Toğrul Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası tarixi açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il Yevlax rayonunda qeydə alınıb. Elvin Rəhimov yetkinlik yaşına çatmayan Nigarla (ad şərtdir) cinsi münasibətdə olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən E. Rəhimov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, həmin maddə ilə E. Rəhimov üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.


Paylaş:


Müəllif : Tarix:
5-12-2018, 16:27
  


loading...
Загрузка...