reklam
» » Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

reklam

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

Yevlax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan Yevlax rayon sakinləri - 1995-ci il təvəllüdlü Kamran Səyyadzadə və 1994-cü il təvəllüdlü Faiq Bəhmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
5-12-2018, 17:35
  


loading...
Загрузка...