reklam
» » Bakıda daha bir süpürgəçini maşın vurdu - Vəziyyəti ağırdır

reklam

Bakıda daha bir süpürgəçini maşın vurdu - Vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
6-12-2018, 09:17
  


loading...
Загрузка...