reklam
» » Bakıda təhlükəli görüntülər - polis araşdırmalara başladı (VİDEO)

reklam

Bakıda təhlükəli görüntülər - polis araşdırmalara başladı (VİDEO)

Dəmirlərin yük maşınına qabarit formada yığılması yoldan keçən digər sürücülərə çətin anlar yaşadıb.Bu səbəbdən hətta yolda uzun tıxac da yaranıb.
Yük maşının sürücüsü isə heç nə olmamış kimi yoluna davam edir.
Görüntülər paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsindəhəmin yoldan keçən sürücülərdən biri tərəfindən çəkilib.
Yükün avtomobilə heç bir təhlükəsizlik təbirləri olmadan yüklənməsi nəinki digər avtomobillərə, hətta yoldan keçən piyadalar üçün də təhlükə yaradıb. Kadrlardan aydın olur ki, qaydaları kobud şəkildə pozan avtomobilin dövlət qeydiyyat nişanı ''90-UL-207''-di.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, efirdə yayımlanacaq görüntü əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılacaq. Əgər, sürücünün yol hərəkəti qaydalarını pozduğu təsdiqlənərsə, avtomobilin sahibi qanuna müvafiq cərimə ediləcək
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə bildirdi ki, həmin görüntülərdə yükdaşıma qaydaları kobut şəkildə pozulub. Bunun üçün sürücü müəyyən edilərək 40 manat məbləğində cərimə edilməlidir.



Paylaş:


Müəllif : Tarix:
6-12-2018, 10:01
  


loading...
Загрузка...