reklam
» » Saçı qırxılan gəli̇n hər şeyi̇n üstünü açdı: - "Görüşdüyüm oğlan…"

reklam

Saçı qırxılan gəli̇n hər şeyi̇n üstünü açdı: - "Görüşdüyüm oğlan…"

Sosial şəbəkələrdə əri tərəfindən başı qırxılmış qadının yayılmış videosu ölkənin gündəmindən düşmür.

Regionxeberleri.com a24.az-a istinadən xəbər verir ki, saçı qırxılan və işgəncələrə məruz qalan qadının etirafları hər kəsi dəhşətə gətirib. O, 2015-ci ildə əri ilə boşandıqlarını və bir müddət sonra yenidən barışdıqlarını bildirib. O, birlikdə fotoları yayıldığı şəxslə ərindən ayrılandan sonra tanış olduğunu və fotoların da həmin zaman çəkildiyini söyləyib.

Bu barədə ATV telekanalında yayımlanan “Bizimləsən” verilişinə zəng edən zərərçəkmiş gəlin danışıb:

“Qayınanamın danışdıqlarının hamısı yalandır. Onlar məni heç kimlə tutmayıblar. Məni yoldaşım hər gün döyürdü. Bədənimdə siqaret söndürüb. Bıçağı qızıdırıb bədənimə dağ basdı. Telefonumu əlimdən alıb, qaranlıq otaqda saxlayırdılar. Yemək, su vermirdilər. Mən sevib ailə qurmamışdım. Yoldaşım məndən 15 yaş böyük idi. 2013-cü ildə ailə qurmuşuq. Yola gedə bilmədik, 2015-ci ildə mən Azərbaycana qayıtdım. Bir il sonra böyüklərin məsləhəti ilə yenidən barışdıq. Fotolardakı insanla da ayrıldıqdan sonra tanış olmuşam. Həmin müddətdə mənim həyat yoldaşımla heç bir əlaqəm olmayıb. Keçmiş ərim içki aludəçisi idi. Video çəkiləndə, mənə dərman vermişdilər. Hərəkət edə bilmirdim. Bu işgəncəni mənə verməyə heç kimin haqqı yox idi”.


Paylaş:


Müəllif : Tarix:
6-12-2018, 12:00
  


loading...
Загрузка...