RegionXeberleri.com Report-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zaman üç nəfər Xaçmaz rayon sakini - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov və Nahid Teymur oğlu Məmmədov ölüb.
10:43
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
40 BS 143 dövlət nömrə nişanlı “VAZ 21010” markalı avtomobil 40 BL 944 dövlət nömrə nişanlı “Ford” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.