reklam
» » Naməlum şəxs Azərbaycan vətəndaşını amansızcasına döyüb - RUSİYADA

reklam

Naməlum şəxs Azərbaycan vətəndaşını amansızcasına döyüb - RUSİYADA

Rusiyanın Kazan şəhərində taksi sürücüsü olan 41 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs saxlanılıb.

Regionxeberleri.com "Prokazan.ru"a istinadən xəbər verir ki, hadisə yanvarın 4-ü Malyutova küçəsində baş verib.

Naməlum şəxs azərbaycanlını amansızcasına döyüb. O, kəllə-beyin travması, beyin zədəsi və boyun sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, dava sürücü ilə naməlum şəxs arasında olan mübahisədən sonra meydana gəlib.

Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı istintaq başladılıb.


Paylaş:


Müəllif : Tarix:
10-01-2019, 17:30
  




loading...
Загрузка...