reklam
» » Avtomobil maneəyə çırpıldı - Yaralanan var

reklam

Avtomobil maneəyə çırpıldı - Yaralanan var

Gədəbəydə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.
 
Kənd sakini 1995-ci il təvəllüdlü Quliyev Hikmət Sübhan oğlu idarə etdiyi "VAZ 2106” markalı avtomobillə  hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında maneəyə çırpılıb. Sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
17-03-2017, 23:02
  


loading...
Загрузка...