reklam
» » Motosiklet aşdı: sürücü öldü

reklam

Motosiklet aşdı: sürücü öldü

Martın 17-də saat 12 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
 
Regionxeberleri.com - un Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, qəza zamanı Bakı şəhər sakini Elvin İldarov idarə etdiyi “Honda” markalı motosikleti aşırıb. Nəticədə E. İldarov hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Bundan başqa, ötən gün saat 16 radələrində Gəncə şəhərində şəhər sakini Lətif Heydərovun idarə etdiyi “VAZ-21099” və Şəmkir rayon sakini Kənan Veyislinin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü və K.Veyislinin sərnişini Tural Sadıqov xəstəxanaya yerləşdirilib. T.Sadıqov orada ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
18-03-2017, 11:07
  


loading...
Загрузка...