reklam
» » Bakıda evdən İraq vətəndaşının meyiti tapılıb

reklam

Bakıda evdən İraq vətəndaşının meyiti tapılıb

Bakıda xarici vətəndaşın meyiti tapılıb.

Regionxeberleri.com-un "Report"a istinadən məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən evlərdən birində qeydə alınıb.

İraq vətəndaşı, 1968-ci il təvəllüdlü Waad Khazrajinin meyiti kirayədə yaşadığı evdə aşkar edilib. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəblərini müəyyənləşdirilməsi istiqamətində müvafiq məhkəmə tibbi ekspertizaları təyin olunub.

Faktla bağlı araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
9-02-2019, 16:00
  




loading...
Загрузка...