reklam
» » Dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi

reklam

Dəhşətli qəza: 3 yaşlı uşaq dünyasını dəyişdi

Beyləqanda ağır qəza baş verib. Hadisə dünən gecə saatlarında baş verib.

Sputnik Azərbaycan bildirir ki, Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində Ford Tranzit markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.

Nəticədə “Ford”da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Həmçinin məlum olub ki, “Ford”da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.


Paylaş:


Müəllif : Tarix:
10-02-2019, 12:58
  




loading...
Загрузка...