reklam
» » 3 qız atası niyə intihar etdi? - İcra nümayəndəsindən açıqlama

reklam

3 qız atası niyə intihar etdi? - İcra nümayəndəsindən açıqlama

Ötən gün axşam saatlarında Yevlax rayonunun Bəydilli kəndində 3 uşaq atası özünü asıb.

Kəndin icra nümayəndəsi Firdovsi Məmmədovun veridyi məlumata görə, 1976-ci il təvəllüdlü Heydərov Rüfət Məhi oğlu özünü həyətindəki çardaqdan asıb: "Hadisə baş verən zaman evdə qoca anası və qızı olub. İlk olaraq Rüfətin intihar etməsi barədə qızı xəbər tutub. Dərhal ailə üzvlərinə və qonşulara məlumat verib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb".

İntihar edən şəxslə yaxın olduğunu bildirən icra nümayəndəsinin sözlərinə görə, Rüfət uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. "Daim müalicə alırdı, heç bir yerdə işləmirdi. Çox ehtimal ki, xəstəlik səbəbindən intihar edib.

Necə dolanmağına gəldikdə isə, atası Məhi kişinin fermer təsərrüfatı var idi. 1 qızını köçürmüşdü, ailəsi ilə heç bir problemi olmayıb".

Faktla bağlı Yevlax rayon prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Paylaş:


Müəllif : Tarix:
11-02-2019, 12:59
  




loading...
Загрузка...