reklam
» » Bakıda mikroavtobus aşıb: ölən və yaralananlar var

reklam

Bakıda mikroavtobus aşıb: ölən və yaralananlar var

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Regionxeberleri.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 20-də saat 15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Məmmədəli Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Ağstafa rayon sakini Amil Hüseynovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobusa  vurub və idarəetməni itirdiyindən avtomobil eyni istiqamətdə hərəkətdə olan Abşeron rayon sakini Müşfiq Əsədovun idarə etdiyi "Mercedes" markalı avtomobilə çırpılıb, "Mercedes-Sprinter" markalı mikrovtobus isə aşıb.
 
Nəticədə A.Hüseynovun sərnişinlərindən Neftçala rayon sakini Elçin Səfərov hadisə yerində ölüb, özünə və digər 1 sərnişininə, habelə  M.Mustafayevin 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
23-03-2017, 15:29
  


loading...
Загрузка...