X
Zərdab rayonunda kəndə hücum edən vəhşi heyvanlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub » Regionxeberleri.com Zərdab rayonunda kəndə hücum edən vəhşi heyvanlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub » Regionxeberleri.com

reklam
» » Zərdab rayonunda kəndə hücum edən vəhşi heyvanlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub

reklam

Zərdab rayonunda kəndə hücum edən vəhşi heyvanlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub

Hadisə gecə saatlarında rayonun Bıçaqçı kəndində baş verib. Kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin fərdi təsərrüfatındaki xırda buynuzlu heyvanlara gecə saatlarında təxminən iki metrlik daş hasardan keçərək hücum edən vəhşi heyvanlar 3 baş heyvanı parçalayaraq tələf edib, 33 başa müxtəlif dərəcəli xəsarət yetirib və 7 baş qoyunu ilə aparıb. Həmin gecə digər kənd sakini, 1963-ci il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimov məxsus təsərrüfata hücum edən vəhşi heyvanlar bir baş heyvanı tələf edib bir başı ilə yaralayıb. Sakinlər hətta gündüz saatlarında da, vəhşi heyvanların kənddə göründüklərini deyirlər. Onların sözlərinə görə, son 20 gün ərzində təkcə Bıçaqcı kəndində vəhşi heyvanlar 35 baş xırda buynuzlu heyvanı parçalayaraq tələf edib, 50-dən artıq heyvana müxtəlif xəsarətlər yetirib və 20-dən artıq heyvan yoxa çıxıb. Yoxa çıxan heyvanların canavarlar tərəfindən aparıldığı ehtimal olunur. Təsərrüfat sahibləri naloji hadisələrin tez-tez baş verdiyini və bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.


Paylaş:


Müəllif : Tarix:
26-03-2017, 19:54
  


loading...