reklam
» » Sərnişin azərbaycanlı taksi sürücüsünü öldürdü

reklam

Sərnişin azərbaycanlı taksi sürücüsünü öldürdü

 
Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlı taksi sürücüsü Elşən İsayev qətlə yetirilib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə martın 26-dan 27-nə keçən gecə baş verib.

Taksiyə əyləşən sərnişin sürücünü boğazından bıçaqlayaraq hadisə yerindən qaçıb. Azərbaycanlı sürücü aldığı ciddi yaradan xəstəxanada dünyasını dəyişib.
Cinayətkar hadisə yerində sənəd qabını unudub. Polis əməkdaşları sərnişin oturacağında qatilin yaxın zamanlarda həbsxanadan çıxdığını göstərən sənəd aşkarlayıblar.
Taksi sürücüsünün qətli ilə bağlı cinayət işi açılıb. Hazırda İstintaq Komitəsinin müstəntiqləri polis əməkdaşları ilə birlikdə cinayət törətmiş şəxsi müəyyənləşdirmək məqsədilə kompleks istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, mərhum Elşən İsayevin iki qızı var. Onlar anaları ilə birlikdə tezliklə Azərbaycana qayıdacaqlar.


Paylaş:


Müəllif : Tarix:
28-03-2017, 12:08
  


loading...
Загрузка...