reklam
» » 22 yaşlı qız dəm qazından zəhərləndi

reklam

22 yaşlı qız dəm qazından zəhərləndi

  Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Regionxeberleri.com xəbər verir ki, Tovuz Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə martın 29-da səhər saatlarında rayonun Xatınlı kəndində baş verib.

Kənd sakini, 1995-ci il təvəllüdlü Abbasova Leyla Zahid qızı evlərində dəm qazından zəhərlənib. L.Abbasova ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Hazırda xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.


Paylaş:


Müəllif : Tarix:
29-03-2017, 13:46
  


loading...
Загрузка...