X
Bakıda DƏHŞƏTLİ QƏTL: hamamda keçmiş arvadının başını kəsdi - SƏBƏBİ BİLİNDİ (YENİLƏNİB) » Regionxeberleri.com Bakıda DƏHŞƏTLİ QƏTL: hamamda keçmiş arvadının başını kəsdi - SƏBƏBİ BİLİNDİ (YENİLƏNİB) » Regionxeberleri.com

reklam
» » Bakıda DƏHŞƏTLİ QƏTL: hamamda keçmiş arvadının başını kəsdi - SƏBƏBİ BİLİNDİ (YENİLƏNİB)

reklam

Bakıda DƏHŞƏTLİ QƏTL: hamamda keçmiş arvadının başını kəsdi - SƏBƏBİ BİLİNDİ (YENİLƏNİB)

Martın 29-da gecə saatlarında 22 yaşlı Aysel Cəlilovanın həyat yoldaşı tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinin təfərrüatı məlum olub.
 
Regionxeberleri.com - un trend-ə istinadən məlumatına görə, qətlə yetirilən 1995-ci il təvəllüdlü A.Cəlilova iki ay əvvəl aralarında yaranmış münaqişə nəticəsində həyat yoldaşı, 1994-cü il təvəllüdlü İsrail Cəlilovdan boşanıb və həmin vaxtdan Binəqədi rayonunun Biləcəri qəsəbəsində atasının evində yaşayırmış. Son bir ayda İ.Cəlilov ayrıldığı həyat yoldaşını izləyib. O, həyat yoldaşı ilə yenidən ailəsini bərpa etmək qərarına gəlib. Martın 29-da axşam saatlarında İ.Cəlilov qayınatasının evinə gələrək həyat yoldaşı ilə barışmaq istədiyini bildirib. Qızın ailəsi ilə oğlanın ailəsi yaxın qohum olduğundan onu bağışlayıb və İ.Cəlilovu evə buraxıblar. Axşam saat 23 radələrində İ.Cəlilovun yanında olarkən A.Cəlilovanın mobil telefonuna zəng gəlib. İ.Cəlilov zəng edən şəxsin kim olduğunu və mobil telefonu haradan aldığını soruşanda isə A.Cəlilova ona dəqiq söz deməyib. Bundan əsəbiləşən ər həyat yoldaşını aldadaraq evin hamam otağına çağırıb və qapını arxadan bağlayaraq mətbəxdən götürdüyü bıçaqla onun boğazını bir neçə yerdən kəsərək qətlə yetirib. Hadisə zamanı qızın atası və qardaşı evdə olsa da, onlar hadisədən xəbərsiz olublar.
 
 
Həyat yoldaşını qətlə yetirən İ.Cəlilov hamamda yuyunaraq evdən çıxıb və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gələrək təslim olub.
 
Məlumata görə, ər və arvadın hər ikisi əslən Şamaxı rayonunun Qurbançı kəndindəndir.
 
Qeyd edək ki, martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində Cəlilov İsrail İsmayıl oğlu keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının boğazını kəsərək qətlə yetirib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb.
 
**
 
08:50
 
Bakıda dəhşətli qətl törədilib.
 
Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsi Pünhan Təbrizli küçəsi ev 10-da yaşayan, 1990-cı il təvəllüdlü İsrail İsmayıl oğlu Cəlilov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aysel Ulduz qızı Cəlilovanın boğazını bıçaqla kəsib. A. Cəlilova qan itirməsindən ölüb.
 
Hadisəni törədən İ. Cəlilov polisə könüllü təslim olub.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
 
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.


Paylaş:


Müəllif : Tarix:
30-03-2017, 10:47
  


loading...