Bakıda oğrular tutuldu » Regionxeberleri.com Bakıda oğrular tutuldu » Regionxeberleri.com

reklam
» » Bakıda oğrular tutuldu

reklam

Bakıda oğrular tutuldu

Azərbaycanda oğurluqla məşğul olan şəxslər tutulub.
 
  Daxili İşlər Nazirliyi xəbər verir ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-dən aprelin 10-dək olan müddətdə rayon ərazisində 10 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ceyhun Nurəhmədov tutulub. Bundan başqa Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən bu il fevralın 10-dan martın 26-dək olan müddətdə şəhər ərazisində 10 həyətyanı sahədən, habelə 1 kafedən pul, spirtli içki, məişət əşyaları, 30 göyərçin və 35 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Mürsəlov saxlanılıb.
 
Gəncədə də silsilə oğurluqlar edən şəxs yaxalanıb. Belə ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ötən il dekabrın 14-dən cari il martın 26-dək olan müddətdə Gəncə şəhəri ərazisində 8 avtomobildən, habelə 13 həyətyanı sahədən akkumulyator, səsgücləndirici, təkər, təmir-tikinti alətləri, məişət əşyaları və 34 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elşən Kərimov tutulub.
 
Araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
12-04-2017, 14:00
  


loading...