reklam
» » Ucar-Zərdab yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

reklam

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.
 
Hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.  
90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub.
 
 Hadisə nəticəsində Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.
 
Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü  Cavanşir İbiş oğlu  Mürşüdov isə xəsarət alıb.
 
Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab  Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.

Faktla bağlı araşdırma aparılır.
           



Paylaş:


Müəllif : Tarix:
19-04-2017, 21:03
  


loading...
Загрузка...