reklam
» » Avtoritet "Dəli Samir"ə 11 İL HƏBS

reklam

Avtoritet "Dəli Samir"ə 11 İL HƏBS

Qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən kriminal aləmdə "Dəli Samir" kimi tanınan Samir Aslanov və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Regionxeberleri.com - un Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Samir Aslanov 11 il, Fikrət Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, prokuror çıxışında S. Aslanovun 13 il, F. Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
 
Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.
 
S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.


Paylaş:


Müəllif : Tarix:
2-05-2017, 15:15
  


loading...
Загрузка...