X
Gəncədə ağır yol qəzası: yaralılar var - SİYAHI » Regionxeberleri.com Gəncədə ağır yol qəzası: yaralılar var - SİYAHI » Regionxeberleri.com

reklam
» » Gəncədə ağır yol qəzası: yaralılar var - SİYAHI

reklam

Gəncədə ağır yol qəzası: yaralılar var - SİYAHI

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş verən ağır qəzada 4 yaralıdan üçünün adı məlum olub.

Regionxeberleri.com report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Amin Nüsrət oğlu Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü İsa Əli oğlu Verdiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və  "VAZ-21011" markalı avtomobildə olan sərnişin - Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü İlqar Məhəmməd oğlu Verdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan üçü Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına digərinin vəziyyəti ağır olduğundan Gəncədəki özəl xəstəxanaların birinə aparılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
4-05-2017, 10:16
  


loading...