X
Piyadaların ölümü ilə nəticələnən 3 qəza baş verib » Regionxeberleri.com Piyadaların ölümü ilə nəticələnən 3 qəza baş verib » Regionxeberleri.com

reklam
» » Piyadaların ölümü ilə nəticələnən 3 qəza baş verib

reklam

Piyadaların ölümü ilə nəticələnən 3 qəza baş verib

anvarın 20-də Xəzər rayonunun Qala qəsəbəsində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ötən gün saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Bundan başqa, yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Qeyd edək ki, Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov rayonunun Z.Bünyadov prospektində də piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, ötən gün saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Masallı rayon sakini Ceyhun Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Ağdam rayon sakini Oqtay Gülmalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

 


Paylaş:


Müəllif : Tarix:
21-01-2017, 19:01
  


loading...