reklam
» » 74 yaşlı qadın xüsusi amnasızlıqla qətlə yetirilib – Masallıda (YENİLƏNİB)

reklam

74 yaşlı qadın xüsusi amnasızlıqla qətlə yetirilib – Masallıda (YENİLƏNİB)

Masallı rayonunda 74 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Report”un Cənub bürosuna Masalllı Rayon Prokurorluğundan bildirilib.
Prokurorluqdan verilən məlumata görə, 74 yaşlı Gülgəz İsrafilovanın meyiti üzərində ölümə səbəb ola biləcək zorakılıq əlamətləri aşkar edilib: “Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb” – deyə, Prokurorluqdan bildirilib.

***

Masallıda qadın evində öldürülüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Ərkivan qəsəbəsində Gülgəz İsmayılovanın üzərində zorakılıq əlamətləri olan cəsədi evində aşkarlanıb. Hələlik qətlin təfərrüatları məlum deyil.

Fakt araşdırılır.


Paylaş:


Müəllif : Tarix:
5-05-2017, 14:33
  
loading...