reklam
» » Azərbaycanda güclü zəlzələ: 11 nəfər...

reklam

Azərbaycanda güclü zəlzələ: 11 nəfər...

Şərqi Azərbaycanda baş verən zəlzələ nəticəsində ən azı 11 nəfər yaralanıb.

İSNA saat 8:00-da 5 bal gücündə baş verən zəlzələnin episentrinin Azərbaycan Respublikasına düşdüyünü yazıb.

Ərdəbil Böhran İdarəetmə Mərkəzinin rəhbəri Məsud İmami bildirib ki, Parsabad, Muğan və Germi şəhərlərində bəzi evlərin divarlarında çat əmələ gəlib, ölən isə yoxdur.

Zəlzələ nəticəsində digər kəndlərə dəymiş ziyanlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Azərbaycan Respublikasının Saatlı rayonu ərazisində zəlzələ baş verib. Zəlzələnin maqnitudası 5,3 bal, dərinliyi 39 kilometr olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində, o cümlədən Arazın o tayında 4-3 bala qədər hiss olunub.

Şimali Azərbaycanda dağıntı və tələfat yoxdur.

Mənbə:axar.az 


Paylaş:


Müəllif : Tarix:
11-05-2017, 15:35
  


loading...
Загрузка...