reklam
» » Azərbaycan taekvondoçusu dünya çempionu oldu

reklam

Azərbaycan taekvondoçusu dünya çempionu oldu

Cənubi Koreyanın Muju şəhərində taekvondo üzrə keçirilən dünya çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb. Apasport.az saytının məlumatına görə, Məhəmməd Məmmədovun ardınca Milad Beiqi Harçeqani də fəxri kürsüyə yüksəlib.
 
80 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız mundialda rəqib tanımayıb. Belə ki, ilk döyüşündə nigerli Cibo Baqna Kadrı 30:9 hesabı ilə məğlub edən 26 yaşlı taekvondoçumuz ardınca yaponiyalı Hidenori Ebatanı mübarizədən kənarlaşdırıb – 18:7.
 
Harçeqani 1/8 finalda Raul Qarsia Martinez (İspaniya, 19:13), 1/4 finalda Moises Hernandes (Dominikan Respublikası, 6:4) üzərində qələbə qazanıb. O, finala gedən yolda moldovalı Aaron Kukla qarşılaşıb. Milad titullu rəqibinə 41:5 hesabı ilə qalib gəlib.
 
Təmsilçimiz həlledici görüşdə Anton Kotkovla gücünü yoxlayıb və ondan da güclü olduğunu sübuta yetirməklə (21:3), dünya çempionu tituluna yiyələnib.
 
Qeyd edək ki, Miladdan öncə Məmmədov (63 kq) dünya çempionatının bürünc medalını qazanıb.


Paylaş:


Müəllif : Tarix:
30-06-2017, 15:48
  


loading...
Загрузка...