reklam
» » Maradona Rusiya futbol klubuna rəhbərlik edəcək

reklam

Maradona Rusiya futbol klubuna rəhbərlik edəcək

 
Əfsanəvi futbolçu Dieqo Armando Maradona Rusiyaya gedib.

 “Sovetskiy sport” qəzeti və “Rusiya futbolu sevir” ictimai hərəkatının dəvəti ilə Rusiyaya gedən ulduz futbolçu yeni inşa edilən “Dinamo” stadionunda olub. Jurnalistlərin suallarını cavablandıran Maradona səfərinin əsl səbəbini açıqlayıb:

“Planlarımız çoxdur. Rus millisinin məqçisi olmaq üçün gəlmişəm. Rusiya futbolçularının hazırlıq səviyyəsi çox aşağıdır. Problem idarəçilikdədir”.

Xatırladaq ki, əfsanəvi argentinalı futbolçu Maradona jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin fanatı olduğunu və onunla telefonla danışdığını bildirmişdi. Onun sözlərinə görə, Putin ondan Rusiyada keçirilməsi nəzərdə tutulan Dünya Çempionatı üçün nəsə etməsini xahiş edib.

Qeyd edək ki, futbol üzrə Dünya Çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək.



Paylaş:


Müəllif : Tarix:
2-07-2017, 17:40
  


loading...
Загрузка...