reklam
» » Sneyder rəsmən "Qalatasaray"dan getdi

reklam

Sneyder rəsmən "Qalatasaray"dan getdi

"Qalatasaray" futbolçusu Uesli Sneyderlə rəsmən yolları ayırıb.

Regionxeberleri.com bildirir ki, BAKU.WS - in klubun saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun 2017/2018 mövsümü üçün alacağı maaşdan imtina etdiyi bildirilib.

Bundan başqa, U.Sneyderin qarşıdakı 3 il ərzində Türkiyədə başqa bir kluba transfer olunacağı təqdirdə, "Qalatasaray"a 20 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.

Qeyd edək ki, U.Sneyder ötən mövsüm 33 matçda 5 qol vurub, 17 qolun ötürməsini verib.


Paylaş:


Müəllif : Tarix:
15-07-2017, 10:40
  


loading...
Загрузка...