reklam
» » Azərbaycan boksçusu erməniyə qalib gəldi və Avropa çempionu oldu

reklam

Azərbaycan boksçusu erməniyə qalib gəldi və Avropa çempionu oldu

 
Türkiyənin Antalya şəhərində gənc boksçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.
Virtualaz.org-un məlumatına görə, Azərbaycan millisi yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Məhəmməd Abdullayev (+91 kq) bütün görüşlərini qələbə ilə bitirib və finala kimi 3 qarşılaşmasını nokautla başa vurub. Həlledici döyüşdə isə erməni əsilli Yunanıstan idmançısı Vaqkan Nanitzanyana 4:1 hesabı ilə qalib gələrək, qızıl medala sahib olub.

Millimizin digər üzvləri-Amina Kuşkova (75 kq) Avropa birinciliyini gümüş, Həsən İbrahimov (49 kq) və Surət Qarayev (81 kq) isə bürünc medalla başa vurublar.




Paylaş:


Müəllif : Tarix:
29-10-2017, 16:39
  


loading...
Загрузка...