reklam
» » FİFA-nın sabiq vitse-prezidenti korrupsiyada şübhəli bilinərək saxlanılıb

reklam

FİFA-nın sabiq vitse-prezidenti korrupsiyada şübhəli bilinərək saxlanılıb

Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq vitse-prezidenti Reynald Temarii Taitinin Papeete şəhərində saxlanılıb. O, 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi ilə bağlı seçkilərdə korrupsiyaya yol verməkdə şübhəli bilinir.

APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, müstəntiqlər Reynald Temariinin işlərin araşdırılması prosesində məhkəmə xərclərinin ödənilməsi adı ilə Asia Futbol Konfederasiyasının sabiq rəhbəri Məhəmməd bin Həmmamdan 305 min avro rüşvət aldığını iddia edirlər.

R. Temarii 2010-cu ildə korrupsiyada şübhəli bilinərək futbol fəaliyyətindən kənarlaşdırılıb. O, 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi ilə bağlı keçirilən seçkilərdə səsini satmağa hazır olduğunu bildirmişdi.


Paylaş:


Müəllif : Tarix:
1-12-2017, 00:04
  


loading...
Загрузка...