İDDİA: Şotlandiya klubu "Qəbələ"də icarədə olan futbolçusunu geri qaytarır » Regionxeberleri.com İDDİA: Şotlandiya klubu "Qəbələ"də icarədə olan futbolçusunu geri qaytarır » Regionxeberleri.com

reklam
» » İDDİA: Şotlandiya klubu "Qəbələ"də icarədə olan futbolçusunu geri qaytarır

reklam

İDDİA: Şotlandiya klubu "Qəbələ"də icarədə olan futbolçusunu geri qaytarır

Şotlandiyanın "Reyncers" klubu hazırda "Qəbələ"də çıxış edən futbolçu Endi Hallideyi icarədən qaytara bilər.

Regionxeberleri.com report-a istinadən xəbər verir ki, Qlazqo təmsilçisi bunu qış transfer dövründə gerçəkləşdirməyi düşünür.

Yeni baş məşqçi Qrem Murti Hallideylə yanaşı, yerli "Sent Conston"da icarədə olan Maykl O Halloranı da geri çağırmaq istəyir. Son 4 oyunda "Reyncers" qələbə qazanaraq, 18 görüşdən 36 xalla 2-ci pillədə qərarlaşıb. 1-ci yer isə 41 xalı olan "Seltik"ə məxsusdur.

Hallidey "Qəbələ"yə böyük ümidlərlə gətirildiyi halda, heyətə nadir hallarda düşür. O, cəmi 4 dəfə "qırmızı-qara" formanı geyinib. Şotlandiyalı yarımmüdafiəçinin Azərbaycan klubu ilə icarə müqaviləsi mövsümün sonunadəkdir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında Hallideylə bağlı "Reyncers"dən heç bir istəyin olmadığını bildirib. O, qışda komandadan göndəriləcək futbolçunun olmadığını da əlavə edib: "Bizim bütün futbolçularla, o cümlədən, Endi ilə müqaviləmiz var. Futbolçularımızdan hansınısa göndərmək fikrində deyilik. Eləcə də komandamızdan getmək istəyini bizə bildirən olmayıb".

Qeyd edək ki, Endi Hallidey "Qəbələ"də iyunun 28-dən forma geyinir.



Paylaş:


Müəllif : Tarix:
16-12-2017, 14:44
  


loading...