Deputatlar jurnalistlərlə futbol oynayacaq » Regionxeberleri.com Deputatlar jurnalistlərlə futbol oynayacaq » Regionxeberleri.com

reklam
» » Deputatlar jurnalistlərlə futbol oynayacaq

reklam

Deputatlar jurnalistlərlə futbol oynayacaq

Dekabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçiriləcək.

Regionxeberleri.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Deputat bildirib ki, tanınmış idmançıları, fəal gənclər təşkilatlarının üzvlərini də oyuna dəvət ediblər.

“Bu gün ölkəmizdə idmanın o sahəsi yoxdur ki, uğurlu nəticələri olmasın. Artıq bunu bütün dünya qəbul edir. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi bunun ali nümunəsidir. Bütün bunlar təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmana olan böyük qayğısının nəticəsidir. Prezidentimizə ölkəmizin idman ictimaiyyəti adından dərin minnətdarlığımızı bildiririk”.

Qeyd edək ki, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri F.Muradovun rəhbərliyi ilə Milli Məclisin futbol komandası yaradılıb.

Ötən il komanda Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri qazanıb.


Paylaş:


Müəllif : Tarix:
20-12-2017, 14:21
  


loading...