reklam
» » Drift üzrə rekord qırıldı - VİDEO

reklam

Drift üzrə rekord qırıldı - VİDEO

Peşəkar avtopilotlardan ibarət komanda “BMW M5” avtomobili ilə  drift uzunluğu üzrə yeni dünya rekorduna imza atıb.
Oxu.Az bu barədə alman avtokonserninin saytına istinadən xəbər verir.
ABŞ-ın Cənubi Karolina ştatında adıçəkilən sedan trek üzrə səkkiz saat ərzində fasiləsiz şəkildə (yanacaqdoldurma məntəqəsinə daxil olmadan) 374 kilometr məsafəni qət edib.
Rekordun qeydə alınması üçün avtomobilin yanacaq doldurmaq məqsədilə fasilə etməsinə icazə verilib.
Ancaq “BMW” bunun çox sadə olacağını düşünüb, hərbi aviasiyada istifadə olunan hərəkətdə olarkən yanacaqdoldurma texnologiyasına əsaslanaraq, yeni sistem ortaya çıxarıb. Xüsusi klapan və ona qoşulan şlanq cəmi 50 saniyə ərzində 70 litr benzin ötürə bilir.
Fasiləsiz yürüşün görüntüsü “YouTube” portalına yerləşdirilib.



Paylaş:


Müəllif : Tarix:
10-01-2018, 11:09
  
loading...