reklam
» » Radik İsayev ilk döyüşdə uduzdu

reklam

Radik İsayev ilk döyüşdə uduzdu

Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam" seriyası davam edir.

Regionxeberleri.com apasport.az-a istinadən xəbər verir ki, yarışın üçüncü həftəsində Azərbaycan millisinin lideri Radik İsayev dayanq üzərinə çıxıb.

+80 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz mübarizəyə 1/4 finaldan qoşulub. O, ilk cəhdində iranlı Sajjad Mardani ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından İsayev yarışla vidalaşıb.

Qeyd edək ki, yanvarın 30-dək davam edəcək turnirdə yığmamız 3 taekvondoçu ilə təmsil olunurdu. Milad Beiqi Harçeqani (80 kq) turnirdə bürünc medal qazandığı halda, Ayxan Tağızadə (68 kq) məğlubiyyətə üzülmüşdü.


Paylaş:


Müəllif : Tarix:
13-01-2018, 12:52
  
loading...