reklam
» » Olimpiadada iştirak edəcək Şimali Koreya idmançılarının sayı açıqlanıb

reklam

Olimpiadada iştirak edəcək Şimali Koreya idmançılarının sayı açıqlanıb

Fevralın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində start götürəcək Qış Olimpiya Oyunlarında KXDR idmançıları da iştirak edəcəklər.

Regionxeberleri.com - un "Report"a istinadən məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax açıqlama verib.

O bildirib ki, Oyunlara Şimali Koreyadan 22 idmançı qatılacaq. Müvafiq razılıq İOC-un İsveçrənin Lozanna şəhərindəki mənzil qərargahında iki ölkənin milli olimpiya komitələrinin və Oyunların Təşkilat Komitəsinin rəsmilərinin görüşündə əldə olunub. Görüş zamanı şimali koreyalı nümayəndələrin olimpiadada iştiraklarına dair bəyannamə imzalanıb. Tərəflər Açılış Mərasimində iki ölkənin nümayəndə heyətlərinin birgə keçidinə və vahid qadın hokkey yığmasının iştirakına dair razılığa gəliblər.

Qeyd edək ki, Pxençxan olimpiadası fevralın 25-dək davam edəcək.


Paylaş:


Müəllif : Tarix:
20-01-2018, 17:16
  


loading...
Загрузка...