X
Qvardiola "Barselona"ya heç vaxt qayıtmayacaq » Regionxeberleri.com Qvardiola "Barselona"ya heç vaxt qayıtmayacaq » Regionxeberleri.com

reklam
» » Qvardiola "Barselona"ya heç vaxt qayıtmayacaq

reklam

Qvardiola "Barselona"ya heç vaxt qayıtmayacaq

İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola bildirib ki, bir də heç vaxt "Barselona"ya baş məşqçi qismində qayıtmayacaq.

İspaniyalının sözlərini "Goal" portalı sitat gətirib.
Ötən gün "The Sun" qəzeti yazıb ki, "Barselona"nın argentinalı futbolçusu Lionel Messi Qvardiolanı kluba qayıtmaq üçün razı salmağa çalışır.
"Xeyir, mən heç vaxt məşqçi kimi "Barselona"ya qayıtmayacağam. Mənim oradakı vaxtım ötüb", - deyə Qvardiola bildirib.
Qvardiola 2008-2012-ci illərdə "Barselona"nın baş məşqçisi olub. Bu müddət ərzində klub üç dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya Kuboku və Superkubokunu qazanıb, həmçinin iki dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və Dünya Klub Çempionatının qalibi olub.



Paylaş:


Müəllif : Tarix:
18-02-2017, 09:01
  


loading...