reklam
» » Millimizin Dünya Kubokundakı rəqibləri bilindi - FOTO

reklam

Millimizin Dünya Kubokundakı rəqibləri bilindi - FOTO

7-8 apreldə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Regionxeberleri.com Oxu.Az - a istinadən xəbər verir ki, bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.  

Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərinə qarşılaşacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz III yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.


 


Paylaş:


Müəllif : Tarix:
14-02-2018, 17:27
  


loading...
Загрузка...