X
İslamiadanın daha bir mükafatçısında dopinq aşkarlandı » Regionxeberleri.com İslamiadanın daha bir mükafatçısında dopinq aşkarlandı » Regionxeberleri.com

reklam
» » İslamiadanın daha bir mükafatçısında dopinq aşkarlandı

reklam

İslamiadanın daha bir mükafatçısında dopinq aşkarlandı

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Bu, Yekaterina Sarıyevadır.

Atletika üzrə Azərbaycan millisinin üzvü bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid maddəsi aşkarlanıb.

Qeyd edək ki, Yekaterina Sarıyeva üçtəkanla tullanmada İndoneziyada keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında qızıl, ölkəmizdə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında isə bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın beş idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb. Bunlar bodibildinqçilər – Kənan Cəlilov, Fövqi Əfəndiyev, Adil Rzayev, güləşçi Ruhin Mikayılov və həndbolçu Səbinə Nuriyevadır. Bunlardan Nuriyeva həndbol millimizin qapıçısı kimi ötən il İslamiadanın qızıl medalını qazanıb.


Paylaş:


Müəllif : Tarix:
21-02-2018, 15:44
  


loading...