X
Stadiona silahla gələn klub prezidenti həbs olundu » Regionxeberleri.com Stadiona silahla gələn klub prezidenti həbs olundu » Regionxeberleri.com

reklam
» » Stadiona silahla gələn klub prezidenti həbs olundu

reklam

Stadiona silahla gələn klub prezidenti həbs olundu

Yunanıstan polisi PAOK-un prezidenti İvan Savvidisin həbsi ilə bağlı qərar çıxarıb.

Regionxeberleri.com Oxu.Az - a istinadən xəbər verir ki, Savvidis PAOK – AEK qarşılaşmasında meydana tapança ilə girərək, hakimlərə təzyiq göstərmişdi.

Polis klub prezidentindən savayı, daha dörd nəfərin də həbsinə order verib.

Rusiya Dövlət Dumasının sabiq deputatı, qonşu ölkənin 30 ən varlı insanları arasında göstərilən Savvidisin üstündə tapança gəzdirməyə icazəsi olub. Ancaq Yunanıstan qanunlarına görə, stadionlara yalnız polislərin tapança ilə daxil olmaq hüququ var.

Qeyd edək ki, Yunanıstan dövləti Superliqanın sonuncu turunun PAS – “Apollon” matçını bu səbəbdən qeyri-müəyyən müddətə təxirə salıb.


Paylaş:


Müəllif : Tarix:
13-03-2018, 17:15
  


loading...