X
Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib » Regionxeberleri.com Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib » Regionxeberleri.com

reklam
» » Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib

reklam

Azər Əliyev EYOF Komissiyasının üzvü seçilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib.

MOK-un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib. Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib.

Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq.


Paylaş:


Müəllif : Tarix:
14-05-2018, 17:28
  


loading...