1 bürüncün üç iddialısı: Medal kimin olacaq? » Regionxeberleri.com 1 bürüncün üç iddialısı: Medal kimin olacaq? » Regionxeberleri.com

reklam
» » 1 bürüncün üç iddialısı: Medal kimin olacaq?

reklam

1 bürüncün üç iddialısı: Medal kimin olacaq?

Mayın 20-də Topaz Premyer Liqasının sonuncu XXVIII turuna start veriləcək.

Burun ilk günündə üç oyun baş tutacaq. Turnir cədvəlində hər şey məlum olsa da, üç komandaların qarşılaşması diqqət mərkəzində olacaq. Avrokuboklara düşmək ümidini itirməyən “Neftçi”, “Zirə” və “Sumqayıt” klublarının oyunları böyük maraqla gözlənilir. “Kapital Bank” stadionunda “Sumqayit” “Zirə” klubunu qəbul edəcək. “Neftçi” isə Gəncə şəhər stadionunda “Kəpəz”in qonaqı olacaq. Digər qarşılaşma isə “Bayıl Arena”da baş tutacaq. “Səbail” “Keşlə” ilə üz üzə qələcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə 17:15-də başlayacaq.

Qeyd edək ki, tura “Qəbələ” “Qarabağ” oyunu ilə yekun vurulacaq. Bu qarşlaşmadan sonra mükafatlandırma mərasimi olacaq.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 43 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (41 xal), “Sumqayıt” 40 (xal), “Keşlə” (28), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.


Paylaş:


Müəllif : Tarix:
20-05-2018, 13:46
  


loading...