Salahı zədələyən Ramosa ŞOK - 1 milyard avroluq təzminat » Regionxeberleri.com Salahı zədələyən Ramosa ŞOK - 1 milyard avroluq təzminat » Regionxeberleri.com

reklam
» » Salahı zədələyən Ramosa ŞOK - 1 milyard avroluq təzminat

reklam

Salahı zədələyən Ramosa ŞOK - 1 milyard avroluq təzminat

"Real Madrid"in ulduzu Serxio Ramos misirli futbolçu Məhəmməd Salahı zədələdiyi üçün qanun qarşısında cavab verəcək.

Regionxeberleri.com-un BAKU.WS-ə istinadən məlumatına görə, Çempionlar Liqası final matçında "Liverpul"un futbolçusunu qəsdən zədələdiyi üçün ispan futbolçuya qarşı iddia qaldırılıb.

Dünya Çempionatından kənarda qalma ehtimalı olan Salaha görə misirli vəkil Bassem Vahba Ramosa 1 milyard avroluq təzminat davası açıb.

Bu məlumat qısa zamanda dünya mətbuatının gündəmini zəbt edib. "Real Madrid" klubu və Ramos hələ də böyük əks-səda doğuran məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ramos Salahın zədələnməsi ilə bağlı açıqlama vermişdi. İspan futbolçu Salahın zədələnməsində özünü günahkar görmədiyini bildirib.


Paylaş:


Müəllif : Tarix:
29-05-2018, 11:54
  


loading...