reklam
» » Azərbaycan millisinin sabiq baş məşqçisi İtaliya çempionu olub

reklam

Azərbaycan millisinin sabiq baş məşqçisi İtaliya çempionu olub

Futzal üzrə Azərbaycan millisinin və “Araz” klubunun sabiq baş məşqçisi Tino Perez İtaliya çempionu olub.

Regionxeberleri.com-un "Report"-a istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis bu nailiyyəti “Acqua e Sapone” komandası ilə əldə edib. Onun komandası pley-off seriyasında “Luparense”ni qabaqlayıb.

Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.

Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 5 ölkəni - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.

Perez 2014-cü ilin avqustundan 2016-cı ilin mayınadək Azərbaycan millisinin və “Araz”ın baş məşqçisi olub. Onun rəhbərliyi altında "Araz" ölkə çempionu olub, yığma isə dünya çempionatının final mərhələsində 1/4 finaladək irəliləyib.

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanı Araz" təmsil edəcək. Naxçıvan klubu mübarizəyə əsas mərhələdən başlayacaq. Buna qədər avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ 2 - 7 oktyabrda, elit raund 13 - 18 noyabrda təşkil ediləcək. “Dördlər finalı” 25 - 27 aprel və ya 26 - 28 aprel 2019-cu ildə təşkil olunacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir. İyulun 5-də ilkin və əsas, oktyabrın 14-də elit mərhələnin püşkü atılacaq. “Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək.


Paylaş:


Müəllif : Tarix:
13-06-2018, 11:03
  


loading...
Загрузка...