reklam
» » Albaniyalı müdafiəçi "Qarabağ"la müqaviləsini 2 saniyəyə yeniləyib

reklam

Albaniyalı müdafiəçi "Qarabağ"la müqaviləsini 2 saniyəyə yeniləyib

Albaniya milli komandasının sabiq kapitanı Ansi Aqolli "Qarabağ" klubu ilə müqaviləsini yeniləməsindən danışıb.

Regionxeberleri.com-un "Report"-a istinadən məlumatına görə, 36 yaşlı müdafiəçi bu barədə şəxsi "Instagram"ında açıqlama verib.

"Müqaviləmi yeniləmək cəmi 2 saniyə vaxt apardı. İkinci evim olan "Qarabağ"da daha bir il keçirəcəyimə görə xoşbəxtəm", - o deyib.

Aqolli söz verib ki, əvvəlki 8 ildə göstərdiyi oyunu qarşıdakı mövsümdə də ortaya qoyacaq: "Yenə eyni performansı təkrarlamağa çalışacağam. Keçənilki uğurlarımızı təkrarlamaq və daha uğurlu bir mövsüm keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Forever "Qarabag".

Qeyd edək ki, 2010-cu ilin iyulundan "Qarabağ"da çıxış edən Ansi Aqolli ötən gün klubla müqaviləsini 2019-cu ilin iyununadək uzadıb.


Paylaş:


Müəllif : Tarix:
15-06-2018, 11:16
  


loading...
Загрузка...