X
İsveçrə və Braziliya öndə - Yenilənir » Regionxeberleri.com İsveçrə və Braziliya öndə - Yenilənir » Regionxeberleri.com

reklam
» » İsveçrə və Braziliya öndə - Yenilənir

reklam

İsveçrə və Braziliya öndə - Yenilənir

DÇ-2018-də E qrupunun son matçları keçirilir.
Bu qrupda yalnız Kosta-Rika üçün növbəti mərhələ şansları bitib.
Onlar İsveçrə ilə matçda çempionatdan xalla ayrılmaq üçün çalışacaqlar. İsveçrə millisinin isə növbəti mərhələ şansları yüksəkdir. Qələbə və ya heç-heçə onları növbəti mərhələyə daşıyacaq. Avropalılar hətta uduzsalar belə, Braziliyanın Serbiyanı üstələyəcəyi halda 1/8 finala adlayacaqlar.
Qrupun digər matçında üz-üzə hələlik qrupda lider olan Braziliya Serbiya ilə qarşılaşır. Onları bərabərlik də 1/8 finala çıxmaq üçün qane edir. Serbiya isə 1 xalla ayrılarsa, digər oyunda Kosta-Rikanın qələbəsi lazım olacaq.
Dünya çempionatı, 2018
3-cü tur
E qrupu
22:00. Serbiya - Braziliya
22:00. İsveçrə - Kosta-Rika
Turnir cədvəli
1.Braziliya21103-14
2.İsveçrə21103-24
3.Serbiya21012-23
4.Kosta-Rika20020-30
***
Hər iki matç başladı.
***
İlk 10 dəqiqə ərzində komandalar ehtiyatlı oyun sərgiləyirlər. Hər iki oyunda hələlik qol yoxdur.
***
31-ci dəqiqədə İsveçrə hesabda önə çıxıb. Cemaili fərqlənib.
***
Serbiya - Braziliya matçında da hesab açılıb. 36-cı dəqiqədə Paulinyo Braziliyanı hesabda önə çıxarıb.
***
İlk hissədə başqa qol vurulmayıb və tərəflər fasiləyə yollanıblar.


Paylaş:


Müəllif : Tarix:
27-06-2018, 22:53
  


loading...