reklam
» » Başımız dik tərk etdik – Ronaldo danışdı

reklam

Başımız dik tərk etdik – Ronaldo danışdı

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının təşkilatçılığından yaxşı mənada təəccübləndim.

Bu sözləri Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo danışıb.

“Turnir çox gözəl təşkil olunub. Əsas üstünlük təhlükəsizlik məsələlərinə verilib. Mən özümü burada xoşbəxt hiss edirdim. Bizim komandamız qazanmaq istəyirdi. Hesab edirəm ki, biz Uruqvaydan daha yaxşı oynadıq. Ancaq futbolda kim daha çox qol vurursa, o da qalib gəlir. Hesab bizi məyus etsə də, biz turniri başımız dik tərk edirik”, - Ronaldo bildirib.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Uruqvay-Portuqaliya qarşılaşması 2:1 hesabı ilə başa çatıb.


Paylaş:


Müəllif : Tarix:
1-07-2018, 12:36
  


loading...
Загрузка...