reklam
» » Bekhemdən İbrahimoviçə “hədiyyə”: qızarmış balıq və çips

reklam

Bekhemdən İbrahimoviçə “hədiyyə”: qızarmış balıq və çips

Məşhur veteran futbolçular – isveçli Zlatan İbrahimoviç və ingiltərəli Devid Bekhem ölkələrinin dünya çempionatında keçirəcəkləri ¼ final qarşılaşmasının nəticəsinə görə mərcə giriblər.

Mərcin şərtlərini İbrahimoviç “Instagram”da qeyd edib.

İsveç İngiltərəni məğlub edəcəyi təqdirdə, Bekhem isveçlinin Loc-Ancelesdəki evi üçün bütün lazım olan əşyaları “Ikea”dan alacaq. Əks nəticə qeydə alınsa, o zaman İbrahimoviç İngiltərə millisinin “Uembli” stadionundakı oyununa komandanın formasında gələcək və “qızarmış balıq və çipslərdən həzz alacaq”.

İsveç – İngiltərə görüşü bu gün, iyulun 7-də Bakı vaxtı ilə 18:00-da start götürəcək. Qələbə qazanan tərəf yarımfinalda Rusiya – Xorvatiya cütlüyünün qalibi ilə üz-üzə gələcək.


Paylaş:


Müəllif : Tarix:
7-07-2018, 14:09
  


loading...
Загрузка...