X
DÇ-2018: Xorvatiya Rusiyanı məğlub edərək yarımfinala çıxıb » Regionxeberleri.com DÇ-2018: Xorvatiya Rusiyanı məğlub edərək yarımfinala çıxıb » Regionxeberleri.com

reklam
» » DÇ-2018: Xorvatiya Rusiyanı məğlub edərək yarımfinala çıxıb

reklam

DÇ-2018: Xorvatiya Rusiyanı məğlub edərək yarımfinala çıxıb

Futbol üzrə dünya çempionatında 1/4 finala yekun vurulub.

Bu mərhələnin son matçında meydan sahibi Rusiya ilə Xorvatiya qarşılaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Lakin komandalar əlavə olunmuş otuz dəqiqə ərzində hərəyə daha bir qol vurub. Beləliklə, 120 dəqiqə 2:2 hesabı ilə nəticələndiyindən, komandalar qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət edib. Burda xorvatlar dəqiq olub – 4:3.

Bununla da meydan sahibləri turnirlə 1/4 finalda vidalaşıb. Xorvatiya isə iyirmi il sonra yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Xorvatiyanın yarımfinaldakı rəqibi İngiltərə millisi olacaq.


Paylaş:


Müəllif : Tarix:
8-07-2018, 09:00
  


loading...