X
FRANSA FİNALDA – DÇ-2018 » Regionxeberleri.com FRANSA FİNALDA – DÇ-2018 » Regionxeberleri.com

reklam
» » FRANSA FİNALDA – DÇ-2018

reklam

FRANSA FİNALDA – DÇ-2018

Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub.
Qol.az-ın xəbərinə görə, həlledici oyuna vəsiqə üçün ilk olaraq, Fransa və Belçika milliləri mübarizə aparıblar.
Fransa hələ mundial öncəsi favoritlərdən hesab olunurdusa, Belçika millisi turnirdə irəlilədikcə, güclü rəqiblərini mübarizədən kənarlaşdırmaqla iddialı olduğunu sübut edib.
Didye Deşamın rəhbərlik etdiyi fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin komandası isə pley-offda Yaponiya və beşqat dünya çempionu Braziliyanı evinə göndərib.
Matçın taleyini 1 qol həll edib. İkinci yarının əvvəlində fərqlənən fransızlar 1:0 hesablı qələbə ilə finala adlayıblar.
10 iyul
DÇ-2018
Yarımfinal
Fransa – Belçika – 1:0
Qol: Umtiti, 51
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, “Sankt-Peterburq” stadionu
11 iyul
22:00.Xorvatiya – İngiltərə


Paylaş:


Müəllif : Tarix:
11-07-2018, 01:01
  


loading...