reklam
» » Millimiz komanda hesabında III yeri tutdu

reklam

Millimiz komanda hesabında III yeri tutdu

Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə keçirilən beynəlxalq turnirdə sərbəst güləş üzrə yığmamız komanda hesabında III yeri tutub.

Regionxeberleri.com Oxu.Az-a istinadən xəbər verir ki, baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynovla Arif Abdullayevin rəhbərliyi altında Şərif Şərifovla (92 kq) Camaləddin Məhəmmədov (125 kq) qızıl, Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq) və Murad Süleymanov (86 kq) gümüş, Murtuzəli Müslümov (70 kq) isə bürünc medal qazanıb.

Millimiz bu nəticələrlə 126 xal toplayıb və III yeri tutub. Komandamız yalnız Rusiya (177) və Belarusdan (169) geri qalıb.

Qadınlardan ibarət millimiz isə komanda hesabında IV pillədə qərarlaşıb. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqanla (53 kq) Tatyana Omelçenko (59 kq) gümüş, Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medal əldə edib.

Yekunda yığmamız 93 xal toplayıb. Komandamızı Çin (164), Rusiya (151) və Belarus (95) qabaqlayıb.


Paylaş:


Müəllif : Tarix:
17-09-2018, 15:51
  


loading...
Загрузка...